
Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus “Chevrolet” markalı minik avtomobilində yanğınla nəticələnən yol qəza hadisəsi baş verib.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nəticədə minik avtomobilinin mühərrik hissəsi yanmış və elektrik lövhəsi qismən əriyib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Anar
Gununsesi.info












