Bakıda metro dayanıb - SƏBƏB BİLİNMİR

  • By admin
  • 05 Mart 2018 08:59

Bu gün səhər saatlarından Bakı metrosunun hərəkətində problemlər yaranıb.

Gununsesi.info-nun xəbərinə görə, Həzi Aslanov stansiyasından şəhərə gələn xətt üzrə metronun hərəkəti dayanıb. Səbəb barədə açıqlama verilmir.

Metronun hərəkətinin dayanması isə paytaxt küçələrində  avtobuslarda sıxlığa səbəb olub. Belə ki, metroya girə bilməyən insanlar avtobuslar və taksilərlə mənzil başına çatmağa çalışır.

Gununsesi.info