Bakıda “MilliÖn” ödəmə terminalını oğurladılar

Bakıda “MilliÖn” ödəmə terminalı oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Ə.Sabir küçəsində yerləşən, içərisində 5 405 manat olan “MilliÖn” ödəmə terminalını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Roman Abbasov və Saleh Nağızadə müəyyən olunaraq saxlanılıblar.

Gununsesi.info