Təmizlikçisi olduğu evi yağmaladı

Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki mənzillərin birindən cari il avqust ayının 20-dən oktyabr ayının 6-dək olan müddətdə 28.000 manat dəyərində qızıl-zinət əşyaların oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin mənzildə xadimə işləyən Salyan rayon sakini İ.Həsənova saxlanılıb. Araşdırma aparılır.

Gununsesi.info