Bakıda polis əməkdaşını maşın vurdu

  • By admin
  • 17 İyul 2022 09:27

Bakıda avtomobil polis əməkdaşını vurub.

Gununsesi.info xəbər verir ki, “Report”un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Hövsan qəsəbəsində avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Məmmədov Təmkin Babək oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və sol said sümüklərinin yerdəyişən sınıqları diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info