Bakıda polis itmiş pulu sahibinə qaytardı

  • By admin
  • 24 İyun 2020 14:00

Bakı metrosunda polis əməkdaşları pulunu itirən gənci sevindirib.

Gununsesi.org bildirir ki, paytaxt sakini Pərviz İsrafilovun Oxu.Az-a verdiyi xəbərə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları itmiş maaşını 1993-cü il təvəllüdlü dostu Nəsib Ağayevə qaytarıb.

Belə ki, N.Ağayev iyunun 23-də “Xətai” metrostansiyasında portmanatını itirib. Metropolitenin polis əməkdaşları əvvəl itmiş əşyanı, daha sonra isə 671 manatı itirmiş pul sahibini tapıblar.

Beləliklə, hüquq mühafizəçilərinin sayəsində N.Ağayev maaşını yenidən əldə edib.

Gununsesi.org