Bakıda Qırğızstanın müstəqilliyinin 25 illik yubley mərasimi keçirilib   - FOTOLAR

  • By admin
  • 22 Sentyabr 2016 10:45
qirqiz
Bakıda Qırğızstanın müstəqilliyinin 25 illik yubley mərasimi keçirilib. Bu məqsədlə Bakıda rəsmi törən təşkil edilib.
Gununsesi.info xəbər verir ki, rəsmi tədbirdə çıxış edən  Qırğızstanın Azərbaycandakı səfiri Aycigit Buranov bildirib ki, ölkəmiz  25 illik müstəqillik dövründə  dövlət olaraq inkişafını,  ərzaq təhlükəsizliyinin təmin olunması təmin etməklə yanaşı, beynəlxalq aləmdə bir müstəqil dövlət olaraq təqdim edə bilib.
Azərbaycanla Qırğızstan arasındakı münasibətlərə toxunan səfir deyib ki, bizi milli tarixi köklər bir birimizə bağlayır: “Hər iki xalq türk mənşəli xalq olaraq, elə müstəqilliyimizin ilk illərindən çox yaxşı münasibətlər qurulub.  İki ölkə arasında siyasi, ticari-iqtisadi, elmi-tecniki, humanitar sahədə sıx əlaqələr qurulub və bu əlaqələr dərinləşməkdədir. Əlaqələrimizin hərtərəfli  dərinləşdirilməsi və genişləndirilməsi üçün  böyük potensil mövcuddur və bu imkanlardan istifadə etməliyik. Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi Qırğızstanın xarici siyasətinin prioritetidir”.
Səfir əlavə edib ki, Azərbaycanla Qırğızstan bütün ümummilli və aktual məsələlərdə bütün müstəvilərdə, beynəlxalq aləmdə  bir-birinə dəstək verir. “Münasibətlərimiz qarşılıqlı inam və etimad əsasında qurulub və bu istiqamətdə də inkişaf edir”.
Diplomat deyib ki, ikitərəfli əlaqələri inkişaf etdirmək üçün ilk olaraq  siyasi və iqtisadi-ticari əlaqələri inkişaf etdirilməli, birgə müəssisələr yaraılmalıdır. “Azərbaycanla Qırğızstan  dağ-mədən, elektrotexnika  sənayesi,  kənd təsərrüfatı, tekstil və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var. Qırğızstan Azərbaycan  sərmayəsinin bu ölkədə qoyulması üçün hər cür şərait yaratmağa hazırdır və biz azərbaycanlı iş adamlarını ölkəmizə sərmayə qoymağa dəvət edirik”- deyə, diplomat vurğulayıb.
Diplomat onu da deyib ki, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün hüquqi bazanın yaradılması istiqmatində işlər görülür: “İndiyədək  iki ölkə arasında xeyli saziş imzlanıb və hazırlanmaqdadır. Hazərda 10 sənəd üzərində iş gedir”.
Tədbirdə çıxış edən Azərbaycan xarici işlər naziri Mahmud Məmmədquliyev də Qırğızstan xalqını və dövlətini yubley münasibəti ilə təbrik edib. Nazir müavini iki ölkə arasında  əlaqələrin çox uğurla inkişaf etdiyini və müxtəlif beynəlxalq və regional təşkilatlarda çox sıx və səmərəli  əməkdaşlıq edir: “İki ölkə arasında münasibətlər bundan sonra da daha sıx formada qurulacaq. Əlaqəlrəimzin inkiaşf etdirilməsi üçün müxtəlif sahələrdə birgə  layihələr həyata keçiriləcək. İki ölkə arasında ticarət dövriyyəsi tədricən artırılacaq.
Bundan əlavə olaraq  hər iki ölkə də, Azərbaycanda Qırğızstan, Qırğızstanda isə mədəniyyət günlərinin tədbirlərinin keçirilməsi nəzərdə tutulur”.
qirqiz3 qirqiz2 qirqiz1
Mürtəza
Gununsesi.info