Paytaxtda “Nanəli” restoranı yandı - YENİLƏNİB - FOTO- VİDEO

  • By admin
  • 19 İyun 2018 10:45
 
 “Nanəli” restoranında yanğının söndürülməsi işləri davam etdirilir.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, yanğın restoranın I və II mərtəbələrində qeydə alınıb.

Yanğın lokallaşdırılıb. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Qeyd edək ki, yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev baş çəkib.

Bakıda restoran yanır

10:40

Bakıda restoran yanır.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın Bakı şəhərinin Nərimanov rayonunda yerləşən restoranda baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürmə işləri davam etdirilir.