Bakıda səfirlik avtomobili qəzaya düşdü

  • By admin
  • 01 Avqust 2016 12:15

q

 

Bakıda zəncirvarı qəza baş verib.

Gununsesi.info xəbər verir ki, şahidlərin apa-ya verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. “Mercedes”, “Nissan” və “Opel” markalı avtomobillərinin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

Qəzaya düşən maşınlardan biri, “Opel” markalı avtomobil diplomatik nümayəndəliklərdən birinə məxsus olub.

Qəza səbəbindən Heydər Əliyev prospektində tıxac yaranıb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

 

Gununsesi.info