Bakıda sahibsiz itlər azyaşlıya hücum etdilər - VİDEO

  • By admin
  • 28 İyun 2023 12:59

Bakıda daha bir azyaşlı sahibsiz itlərin hücumuna məruz qalıb.

Gununsesi.info xəbər verir ki, bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat daxil olub.

Hadisə Hövsan qəsəbəsində qeydə alınıb.Küçə itləri azyaşlıya hücum edərkən o uşaq arabası ilə körpəni gəzdirirmiş.

Ətrafda digər şəxslərin olması itlərin azyaşlıya xəsarət yetirməsinə mane olub.

Görüntüləri təqdim edirik:

Gununsesi.info