Bakıda sevgilisi qadını və onun qızını bıçaqladı

  • By admin
  • 02 Fevral 2023 09:39

Fevralın 2-də saat 1 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı 2009-cü il təvəllüdlü Günay Şadatovanın kəsilmiş-deşilmiş xəsarətlər almaları ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ə.Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu 1981-ci il təvəllüdlü Zaur Babayev müəyyən olunaraq saxlanılıb.

Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb.

Araşdırma aparılır.

Gununsesi.info