
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi 9 mərtəbəli binaların zirzəmilərini ucuz qiymətə satıb.
Gununsesi.info ƏMDK-nə istinadən xəbər verir ki, Suraxanı rayonu Hövsan qəsəbəsində 28.2kv.m sahəsi olan zirzəmi hərraclarda 3500 manata öz sahibini tapıb.
Nəsimi rayonu H.Seyidzadə küçəsində 32 kv.m sahəsi olan zirzəmi 4500 manata satılıb. Bundan əlavə, Şabran rayon İcra Hakimiyyətinin balansında olan və M.Ə.Rəzsulzadə küçəsində yerləşən 1 mərtəbəli binanın 23.6 kv.m sahəsini 2000 manata təklif ediblər.
Vüsalə
Gununsesi.info









