“Evlilik: öncə və sonra” -AZƏRBAYCANLI BEYNƏLXALQ MÜKAFATA LAYİQ GÖRÜLÜB

  • Müəllif: admin
  • 27 Fevral 2018 11:46
Azərbaycanlı rəssam Soltan Soltanlı Makedoniyada keçirilən  Beynəlxalq Karikatura Müsabiqəsinin sərgisinin mükafatçılarından biri olub. 
Bu barədə Gununsesi.info-ya rəssam Soltan Soltanlının özü məlumat verib. Bildirib ki, fevralın 25-də Makedoniyada 4-cü Beynəlxalq Karikatura Müsabiqəsinin sərgisi açılıb. Sərgidə yarışmaya təqdim olunan ən yaxşı 100 əsər nümayiş olunur. Mövzusu “Evlilik: öncə və sonra” olan yarışmaya 40 ölkədən 155 rəssam 430 əsərlə qatılıb. 
Azərbaycanı bu sərgidə  tanınmış rəssam Soltan Soltanlı təmsil edir. Sərgidə onun əsəri “Ən yaxşı işə görə” mükafatına layiq görülülüb.  
Qeyd edək ki, S.Soltanlı bir sıra beynəlxalq mükafatların sahibidir. 
Mürtəza
Gununsesi.info