Bakıda təcili tibbi yardım maşını qəzaya düşdü

  • By admin
  • 19 Sentyabr 2016 13:39

qeza

Paytaxtın Nərimanov rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər veririr ki,  qəza zamanı özəl klinikaya məxsus təcili tibbi yardım avtomobili ilə minik avtomobili toqquşub. Belə ki,  Atatürk prospekti ilə hərəkət edən təcili tibbi yardım avtomobilinin sürücüsü həyacan siqnalını yandıraraq hərəkətdə olub. Bu zaman Məmməd Araz küçəsi ilə hərəkət edən minik avtomobili onun qarşısına çıxıb. Sürcü 24 yaşlı Fərid Qasımovun sözlərinə görə o  işıqforun yaşıl işığında avtomobili idarə edib. Hadisə yerinə dövlət yol polisi əməkdaşları və yol patrul xidmətinin inspektoru baxış keçirib. İlkin ehtimala görə təcili tibbi yardımı idarə edən sürcü avtomobili yüksək sürətlə idarə edib. Hadisədən dərhal sonra isə hələlik kimliyi bilinməyən sürcü hadisə yerini tərk edib. Şahidlərin sözlərinə görə hətta onun sürcülük vəsiqəsi belə olmayıb. Bununla belə onun idarə etdiyi təcili yardımda özündən başqa heç kim olmayıb. Qəza zamanı hər iki avtomobil yararsız vəziyyətə düşüb. Qəzada iştirak edən hər iki avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Afto qəzanın daha dəqiq səbəbi isə ərzidə qurraşdırılmış təhlükəsizlik kamerasına baxıldıqdan sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info