Quba-Xınalıq yolu açıldı

  • By admin
  • 19 Sentyabr 2016 13:41

xinaliq

Sentyabrın 1-dən 2-nə keçən gecə şimal bölgəsinə yağan güclü yağışdan sonra yaranan sel nəticəsində bağlanan Quba-İspik-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa olunub.

Gununsesi.info AZƏRTAC xəbər verir ki, Quba-Xınalıq yolunun 36-cı kilometrliyində, Qudyalçayda suyun səviyyəsinin qalxması nəticəsində yolun yararsız vəziyyətə düşən hissəsi təmir olunub. Bu ərazidə sel suları yolun təxminən 400 metr hissəsini tamamilə yumuşdu. Hazırda Xınalıq və həmin istiqamətdə yerləşən digər 6 kəndin sakinlərinin rayon mərkəzinə gediş-gəlişi təmin edilib.

Yolun yararsız vəziyyətə düşən hissəsi ilə yanaşı, 29-cu və 36-cı kilometrliyində Qudyalçay üzərində yerləşən körpülərdə də bərpa işləri tamamlanıb.

Fəsadların aradan qaldırılması üçün ərazidə “Azəravtoyol” ASC-nin və “Körpü-Bina-Tikinti” MMC ağır texnikası və canlı qüvvəsi çalışır.

Gununsesi.info