Bank olmayan təşkilatlar vətəndaşları aldadır - Millət vəkili

  • By admin
  • 19 Sentyabr 2016 13:47
ziya
Bank olmayan qurumlar insanları aldadır.
Gununsesi.info xəbər verir ki, bu fikri Millli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Onun sözlərinə görə, bu gün daxili kredit məsləsi ciddi narahatçılıq doğurur. “Ona görə ki, bank olmayan qurumlar  Bakı küçələrində reklam yerləşdirərək vətəndaşlara kredit təklif edir. Bu çox ciddi narahatedici vəziyyətdir. Bundan sonra vətəndaş əziyyət çəkir. Çünki bu zaman kredit verənlə alan  arasında müqavilə olmadığından, sonda ciddi problemlər yaranır.
Burada digər əsas məqam isə ondadır ki,  belə qurumlar  azad şəkildə “Reklam haqqında” qanunu kobud surətdə pozaraq insanları aldadırlar və özlərinə cəlb edirlər. Bu məsələyə ciddi yanaşmaq lazımdır. Maliyyə Bazarlarına Nəzarət Palatası belə qanunsuz halların qarşısını almalıdır ki. sonra xoşagəlməz hallarla üzləşməyək”- deyə, komitə sədri vurğulayıb.
Komitə sədri onu da əlavə etdi ki. MBNP  bu kreditlərin verilməsinin də qanunauyğunluğunu araşdırmalıdır.
Mürtəza
Gununsesi.info