Rüfət Aslanlı: “Kreditlərin aybaay azalması müşahidə edilir”

  • By admin
  • 19 Sentyabr 2016 13:54
rufat
Son aylarda vətəndaşların banklara olan etimadı nisəbətən  bərpa edilməkdədir.
Gununsesi.info xəbər verir ki, bu fikri MBNP sədri Rüfət  Aslanlı Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında səslənidirib.
Son dövrlərdə bank sektorunda yaranmış vəziyyətə toxunun R. Aslanlı deyib ki,  bankların kredit  verməsi sahəsində problem davam etməkdədir və  kredit  verilişi azlmaqdadır. “Ancaq  vətəndaşların banklara əmanət qoyması sahəsində isə müsbət dəyişikliklərə nail olmaqdayıq. Aparılan işlər nəticəsində  vətəndaşların banklara əmanət qoyluşunda  etimada nail olmaq mümkün olub. Nəticədə 2015-ci ilin  yanvar ayından sonra ancaq 2016-cı ilin iyun-iyul-avqust aylarında  vətəndaşların banklara əmanət qoyuluşunda artım olub”- deyə, R. Aslanlı bildirib.
Mürtəza
Gununsesi.info