Əliyev Medvedevi təbrik etdi

  • By admin
  • 19 Sentyabr 2016 13:58

ilham-dim

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevə təbrik məktubu ünvanlayıb.

Gununsesi.info-nun məlumatına görə, təbrikdə deyilir:

Hörmətli Dmitri Anatolyeviç,

Sizin başçılıq etdiyiniz “Yedinaya Rossiya” partiyasının Rusiya Federasiyası Dövlət Dumasına seçkilərdə inamlı qələbəsi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu qələbə Sizin partiyaya və onun dövlətçiliyin möhkəmləndirilməsi, sabitliyin qorunub saxlanması, demokratik dəyərlərin bərqərar olması və ölkə əhalisinin rifahının yüksəldilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasətə Rusiya xalqının yüksək etimadına dəlalət edir.

Əminəm ki, bizim birgə səylərimiz bundan sonra da xalqlarımızın firavanlığı naminə Azərbaycan ilə Rusiya arasında mehriban, ənənəvi dostluq münasibətlərinin genişlənməsinə, əməkdaşlığın və qarşılıqlı fəaliyyətin dərinləşməsinə kömək edəcək.

Hörmətli Dmitri Anatolyeviç, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Rusiya naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

Gununsesi.info