Bakıda torpağa basdırılmış odlu silah aşkarlanıb - FOTOLAR

  • Müəllif: admin
  • 23 Yanvar 2018 10:54

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin əməkdaşları Bakıda gizlədilən odlu silah aşkarlayıb.

Bu barədə Gununsesi.info-ya Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Penitensiar xidmətinin Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhəri Sabunçu rayonu Pirşağı şossesi 2-ci Sovxoz ərazisində yerləşən yanğınsöndürmə məntəqəsi ilə üzbəüz şam ağacının altında xüsusi üsul ilə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd Rusiya istehsalı olan odlu silah – tüfəng aşkar edilərək götürülüb

Fakt üzrə Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsi tərəfindən araşdırma aparılır.