Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı TÜRKMƏNİSTAN ƏRAZİSİNDƏN GƏLİB

  • By admin
  • 23 Avqust 2017 11:04

575012

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin 23 avqust 2017-ci il tarixində səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib.

Gununsesi.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, buna səbəb Türkmənistan ərazisindəndaxil olan tozdumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.

Qeyd edək ki, Bakı və Abşeron yarımadasında zəif cənub-şərq küləyinin əsməsi, yüksək nisbi rütubət və temperaturun olması ilə əlaqədar 26 avqust 2017-ci il tarixinədək atmosfer havasında tozun miqdarının bir qədər də artacağı proqnozlaşdırılır.

Gununsesi.info