Bakıda “Xocalı yürüşü” keçirilir

  • By admin
  • 26 Fevral 2022 10:23

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakı şəhərində ümumxalq yürüşü keçirilir.

Gununsesi.info xəbər verir ki, “Xocalı yürüşü”ndə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Xocalı sakinləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Daha sonra paytaxtın Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulması mərasimi təşkil olunacaq.

Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar karantin rejiminin tələbləri nəzərə alınmaqla, ölkəmizin bütün şəhər və rayonlarında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, idarə və təşkilatlarda, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsi, xocalıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) soyqırımının şahidləri, həlak olmuş şəxslərin ailə üzvləri ilə görüşlərin təşkili nəzərdə tutulub.

Fevralın 26-da ölkə ərazisində və respublikamızın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində Azərbaycanın Dövlət Bayrağı endirilib, saat 17.00-da faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq. Ölkəmizin məscid, kilsə və sinaqoqlarında anım tədbirləri təşkil ediləcək.

Xocalı faciəsinin 30-cu ildönümündə diasporumuzun iştirakı ilə dünyanın müxtəlif şəhərlərində aksiyalar, piketlər, yürüşlər, fleşmoblar və digər tədbirlər keçiriləcək, xarici ölkələrdəki məscid, kilsə və sınaqoqlarda soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq moizələr oxunacaq.

Gununsesi.info