Bakıda yaşayan əhalinin sayı açıqlandı – RƏSMİ

  • By admin
  • 01 Mart 2018 10:59

2018-ci il yanvar ayının 1-ə qədər olan vəziyyətə görə Bakı şəhərinin əhalisinin sayı 2 milyon 262 min 560 nəfərə çatıb.

Gununsesi.info-nun məlumatına görə, 2017-ci il ərzində Bakı şəhərinin əhalisinin sayı 16 770 nəfər və ya 0,7 faiz artıb.

Qeyd edək ki, paytaxt əhalisinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edir.

Bakıda bir kvadrat kilometrə düşən əhalinin sayı 1057 nəfər olub.

Gununsesi.info