Bakıda yaşayış binasında yanğın baş verib

  • By admin
  • 31 Dekabr 2021 19:12

Bakıda yaşayış binasında yanğın baş verib.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Nazirliyin “112” qaynar telefon xəttinə Cavadxan küçəsində beşmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Gununsesi.info