Bakıda yaşayış binasında yanğın olub

  • Müəllif: admin
  • 24 May 2017 14:28

2017-02-02-09-08-48yangin_bina_01444555

Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 250 m2 olan geyim mağazasının anbarında elektrik sayğacı və lambirdən ibarət tavanı 10 m2 sahədə  yanıb.

Gununsesi.info FHN-in saytına istinadən verdiyi məlumata görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info