Bakıda zavodda partlayış baş verib – YENİLƏNİB

  • By admin
  • 06 Fevral 2018 20:47


Bakının Xətai rayonundakı “Radioquraşdırma zavodu” İstehsalat Birliyində baş vermiş partlayış yanğınla müşayiət olunur.

“Report”un məlumatına görə, əraziyə 17 yanğınsöndürən maşın, xeyli sayda təcili tibbi yardım briqadası, polis əməkdaşları cəlb olunub.

“Radioquraşdırma zavodu” istiqamətindəki yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerindədir.

*** 19:34

Bakının Xətai rayonunda zavodda güclü partlayış baş verib.

“Report”un məlumatına görə, əraziyə xeyli sayda yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub.

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Xətai rayon yanğından mühafizə hissəsindən “Report”a verilən məlumata görə, partlayış Radioquraşdırma zavodu ərazisində qeydə alınıb.

Hazırda ərazidə qatı tüstü müşahidə olunur.

Gununsesi.info