Qırğızıstanda dövlət satınalmaları sistemində kriptovalyutadan istifadə ediləcək

  • By admin
  • 06 Fevral 2018 20:40

Qırğızıstan dövlət satınalmaları sistemində kriptovalyutadan istifadə edəcək.

Gununsesi.info xəbər verir ki, bunu ölkənin baş naziri Sapar İsakov Qazaxıstanda keçirilən “Qloballaşma dövründə rəqəmsal gündəlik” forumu zamanı çıxış edərkən qeyd edib.

Baş nazir bildirib ki, bu addım satınalmalar sistemində korrupsiya hallarını azaldacaq.

S.İsakov vurğulayıb ki, kriptovalyutalardan istifadə olunması dövlət xərclərini optimallaşdırmağa və büdcənin gəlir hissəsini artırmağa imkan verəcək.

Gununsesi.info