Hadisə keçmiş sevgilisi ilə barışdı

  • By admin
  • 06 Fevral 2018 20:30


Müğənni Hadisənin iş adamı Hakan Sabancı ilə sevgili olması yenidən gündəmə gəlib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə “Duymayan Kalmasın” verilişinin aparıcısı Cengiz Semercioğlu bildirib.

Onun sözlərinə əsasən, cütlük Fransada gecə klublarından birində səmimi şəkildə görüntülənib.
Cütlüyün hətta səhərədək rəqs etdiyi iddia olunur.

Qeyd edək ki, Hadisə ilə Sabancının ötən ilin sonları eşq yaşadığı bildirilirdi. Hadisə iş adamının doğum gününə qatılıb və orada “Ölürüm sana” mahnısını ifa edib.

Gununsesi.info