Tayvanda zəlzələ nəticəsində otel binası uçub – YENİLƏNİB

  • By admin
  • 06 Fevral 2018 21:13


Tayvanın şərqində 6,1 maqnituda gücündə baş vermiş zəlzələ nəticəsində otel binası uçub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə TVBS telekanalı məlumat yayıb.

Otel Xualyan qəzasında yerləşir. Hazırda tələfat barədə məlumat yoxdur.

***20:54

Bakı. 6 fevral. REPORT.AZ/ Tayvanın şərqində 6,1 bal gücündə zəlzələ baş verib.

“Report”un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar adanın şimal-şərqində – Hualyan şəhərində 5 km dərinlikdə qeydə alınıb.

Ölən və yaralananlar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

 

Gununsesi.info