Bakını bürüyən toz-duman günün sonuna kimi geri çəkiləcək - NAZİRLİK

  • By admin
  • 24 Avqust 2017 10:28

20526786_1297108703748390_1002679293_n

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Nazirlikdən Gununsesi.info-ya bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata əsasən, avqustun 23-də gün ərzində və avqustun 24-də gecə saatlarında Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan yuxarı qeydə alınıb.

Ölkə ərazisinə daxil olan şimal-qərb küləyi ilə əlaqədar atmosfer havasında tozun miqdarının sutka ərzində norma həddinə qədər enəcəyi proqnozlaşdırılır.

Gununsesi.info