Bakının bir neçə mərkəzi küçəsində hərəkət çətinləşəcək

  • Müəllif: admin
  • 05 Aprel 2017 16:40

road_closed_azeravtoyol_310317

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi işləri davam etdirilir.

Qurumun mətbuat katibliyindən Gununsesi.info-ya verilən məlumata görə, anoloji işlər bu gecə Nəsimi və Səbail rayonlarının Rixard Zorge, Aleksandr Puşkin və Xəqani küçələrində də aparılacaq.

Rənglənmə işləri saat 22:00-dan başlayıb səhər saatlarınadək başa çatdırılacaq.

Gununsesi.info