Bakının bir sıra yollarında nəqliyyat vasitələrinin hərəkəti çətinləşib

  • By admin
  • 18 Mart 2024 09:03

Bakının bir sıra yollarında nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Gununsesi.info bildirir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. “20 Yanvar” dairəsində;

2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

3. Binəqədi şosesi, “Azadlıq Prospekti” metrostansiyası istiqamətində;

4. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metrostansiyası istiqamətində;

5. Babək prospekti, mərkəz istiqamətində;

6. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

7. Qara Qarayev prospekti, “Qara Qarayev” metrostansiyasından “Koroğlu” metrostansiyası istiqamətində;

8. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metrostansiyası istiqamətində (dairəyə qədər);

9. 28 may və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

10. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

11. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

12. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

13. Azadlıq prospekti, Dilarə Əliyeva küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində sıxlıq müşahidə olunur.

 

Gununsesi.info