Bakının bu ərazilərində su olmayacaq – XƏBƏRDARLIQ

  • By admin
  • 15 Noyabr 2017 10:15

Bu gün Bakıxanov və Sabunçu qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Gununsesi.info-ya “Azərsu” ASC-dən məlumat verilib.

Məlumata görə, məhdudiyyət Bakı şəhəri Sabunçu rayonu Yavər Əliyev küçəsindən keçən 1000 mm diametrli magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədardır.

“Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, – deyə məlumatda vurğulanıb.

Gununsesi.info