Bakının bu ərazilərinin suyu kəsiləcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

  • By admin
  • 14 Dekabr 2017 18:04

Magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq bu gün axşam saatlarında Bakının Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin açıqlamasında bildirilir.

“Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abunəçilərdən üzr istəyir”, – deyə məlumatda qeyd olunub.

Gununsesi.info