Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq

  • Müəllif: admin
  • 04 İyun 2017 15:23

bagli_yol

“Azəravtoyol”dan verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gündən etibarən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Zabrat-Maştağa yolu ilə kəsişməsindən Balaxanı qəsəbəsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

 

Gununsesi.info