Bakının göndərdiyi yardım Banqladeşə çatdı – Foto

  • By admin
  • 09 Sentyabr 2017 22:00

 

human
Xəbər verdiyimiz kimi, Myanmada Rohinya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Hökuməti tərəfindən sentyabrın 8-də axşam saatlarında 100 ton humanitar yardım göndərilib.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a bildiriblər ki, “SilkWay” aviaşirkəti vasitəsilə Rohinya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilmış gündəlik tələbat malları və ərzaq məhsullarından ibarət humanitar yardım sentyabrın 9-də Dəkkə Həzrət Şahcəlal Beynəlxalq Aeroportunda Banqladeş hökumətinin nümayəndələrinə təhvil verilib.

Gununsesi.info