Mixail Saakaşvili Ukraynaya qayıtdı

  • By admin
  • 09 Sentyabr 2017 21:50

mixail-saakashvili

Ukrayna vətəndaşlığından məhrum edilən Odessa vilayətinin keçmiş qubernatoru və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Polşadan Ukraynaya keçdiyini bəyan edib.
Gununsesi.info xəbər verir ki, Ukrayna vətəndaşlığından məhrum edilən Odessa vilayətinin keçmiş qubernatoru və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Polşadan Ukraynaya keçdiyini bildirib.

O, bu barədə sosial şəbəkədəki hesabında foto paylaşaraq məlumat verib.

Xatırladaq ki, Ukrayna hökuməti bəyan etmişdi ki, Saakaşvilini ölkəyə buraxmayacaq.

Sabiq qubernator iyulun 26-da prezident Pyotr Poroşenkonun qərarı ilə Ukrayna vətəndaşlığından çıxarılıb.

Saakaşvili o vaxtdan indiyə kimi ABŞ və bir sıra Avropa ölkələrində səfərdə olub. Sonuncu dəfə Polşada qərarlaşmışdı.

Gununsesi.info