“Bakının kanalizasiya sisteminin qurulması ilə bağlı işlər bir ay ərzində bitməlidir” - ABİD ŞƏRİFOV

  • Müəllif: admin
  • 19 Sentyabr 2017 12:00

abid

“Bakının kanalizasiya sisteminin qurulması ilə bağlı işlər gedir və bu işlər bir ay ərzində bitməlidir”.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib.

Onun sözlərinə görə, bu işlərin qurtarması üçün Prezident İlham Əliyevin sərəncamı ilə “Azərsu” ASC-YƏ 12 milyon manat vəsait ayrılıb: “9 proyekt konkret analiz olunub, aidiyyatı qurumlarla razılaşdırılıb”.

“İşlər gələn ayın sonuna kimi qurtarmalıdır ki, insanlar qışda yağış-qar məsələsində əzab-əziyyət çəkməsin”, – baş nazirin müavini əlavə edib.

Gununsesi.info