Bakının mərkəzi küçələrindən biri bağlanır

  • Müəllif: admin
  • 02 İyun 2017 17:43

59316922a42ca_593132f69832e_6

Azərbaycanda “Formula-1” yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan “Qran Prisi” ilə əlaqədar hazırlıq işlərini gücləndirilmiş rejimdə davam etdirilməsi ilə bağlı trekin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Halqasından Gununsesi.info-ya verilən məlumata görə, Xəqani küçəsinin Azadlıq prospekti ilə Rəşid Behbudov küçəsi arasındakı hissəsi iyunun 3-ü səhər saat 05:00-dan iyunun 4-ü gecə saatlarınadək bağlı olacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Gununsesi.info