“Bandotdel” tanınmış vəkili də təhdid edir - İŞGƏNCƏLƏRİ İCTİMAİLƏŞDİRMƏMƏSİ ÜÇÜN

  • By admin
  • 19 Sentyabr 2016 17:24

elchin sadigov

“Bu gün BMCQMİ- də jurnalist Fikrət Fəraməzoğlu ilə görüşdüm. Bütün işgəncə faktlarını təsdiq etdi. Dişlərini göstərdi bildirdi ki, işgəncə zamanı vurulan zərbələrdən ağzındakı dişləri tökülür və qoyulma dişləri zərbələrdən artıq tökülüb. Başında, çənəsində və dişlərində dözülməz ağrılar yaranıb. Kəskin ağrılardan və yuxusuzluqdan əziyyət çəkir, təcili müalicəyə ehtiyacı vardır”. Gununsesi.info-nun xəbərinə görə, bu fikirləri tanınmış vəkil Elçin Sadıqov DİN-in BMCQMİ-də (bandoetdəl-red) saxlanılan jurnalist Fikrət Fəraməzoğlu ilə görüşündən sonra sosial şəbəkədəki səhifəsində yazıb.

Vəkilin sözlərinə görə, ona da ciddi təzyiqlər var və təhdid edilir: “Təbii ki, bizə təzyiq edilir, hədə qorxu gəlinir ki, işgəncə barədə faktları yaymayaq, onu təkzib edək. Bu təzyiqlər onun özünə, həyat yoldaşına və mənə edilir. Dəfələrlə Fikrət Fəraməzoğlunun heç bir zərurət və istintaq hərəkəti olmadan BMCMİ-yə gətirirlər”.

Xəbər Xidməti