Bank sektorunun mənfəəti 600 mln. manata çatıb - MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

  • By admin
  • 05 Yanvar 2018 17:30

2017-ci il dekabrın 1-nə bank sektorunun xalis mənfəəti 592,7 mln. manat təşkil edib. 

Gununsesi.info Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata istinadən xəbər verir ki, noyabrda bankların faiz gəlirləri 1 mlrd. 731,8 mln. manat, faiz xərcləri isə 796,1 mln. manat olub. Qeyd edək ki, banklar noyabrda kreditlər üzrə faizlərdən 1 mlrd. 279,5 mln. manat əldə edib.

Hesabat dövrü ərzində banklar tərəfindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 316,8 mln. manat vəsait ayrılıb.

Gununsesi.info