Banklar kreditləşməni kəskin azaldıb

  • By admin
  • 15 Yanvar 2018 13:54

Ötən il banklar tərəfindən iqtisadiyyata kredit qoyuluşu 11 mlrd. 805,9 mln. manat təşkil edib.

Gununsesi.info xəbər verir ki, dekabr ayının əvvəlinə kreditləşmənin həcmi 11 mlrd. 731.9 mln. manat olub.

2016-cı ilin analoji dövrü ilə müqayisədə kreditləşmə 3 mlrd. 996,2 mln. manat azalıb. 2017-ci il dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 890,3 mln. manat təşkil edib. Bu da noyabrın 1-i ilə müqayisədə cəmi 700 min manat və yaxud 0,04% çoxdur.

İl ərzində əhalinin banklardakı əmanətlərinin həcmi isə 7 mlrd. 370,6 mln. manat təşkil edib.

Gununsesi.info