
Ölkədə bəzi kommersiya bankları dollar satışını dayandırsa da, bir çox banklar 300-500 USD limitlə dollar satışını həyata keçirirdı. Lakin qeyd etmək lazımdır ki, bu göstəricilər gündəlik olaraq dəyişib. Bu, daha çox gündəlik məzənnə, bankların daxili qərarlarından asılı olaraq baş verib. Bundan öncə bankların bir neçəsi dollar satışını məhdudlaşdırıb, bəlli rəqəm ətrafında valyuta mübadiləsi aparsa da, əksəriyyət dolların satışını dayandırdığını bəyan edib.
Gununsesi.info-nun məlumatına görə, artıq əksər banklarda USD ilə birlikdə rus “rubl”unun da satışı dayandırılıb. Əməkdaşımızın araşdırma məqsədi ilə baş çəkdiyi banklarda – Bank Respublika, Bank VTB və Beynəlxalq Bankda alıcılara dolların və rublun satışının dayandırıldığı bildirilib. Əməliyyatçı satışın nədən dayandırılması haqda məlumatsız olduğunu vurğulayıb: “Bu, bank rəhbərliyinin qərarıdır. Onlar dolların və digər valyutalardan hansınınsa dayandırılma səbəbi haqqında əməkdaşlarımıza bilgi verməyiblər. Sadəcə, belə məsləhət biliblər. Satışın bərpasının nə vaxt həyata keçiriləcəyini də bilmirik”.
Bankın “Memar Əcəmi” filialının əməkdaşı Nərmin Məmmədovanın alıcılara verdiyi cavaba görə isə banka müraciət edən vətəndaşlar yalnız dolların alışı üçün müraciət edirlər. Vətəndaşlardan alış əməliyyatı həyata keçirilmədiyindəm satışı həyata keçirmək də mümkün deyil.
Qeyd edək ki, sentyabrın 5-nə olan məlumata görə, dollar satışını dayandırdığını açıqlayan bankların sayı rəsmən 26-ya çatıb.
Gülnaz Qənbərli
Gununsesi.info












