Azərbaycan kommersiya banklarından biri bu gündən dollar satışını dayandırıb.
Gununsesi.info-nun fins.az-a istinadən verdiyi məlumata görə, söhbət “PAŞA Bank”dan gedir.
Bankdan verilən açıqlamaya görə, məhdudiyyət bankın öz müştərilərinə aid deyil.
Xatırladaq ki, bundan öncəki günlərdə “PAŞA Bank” bütün vətəndaşlara 1000 dollar limitlə valyuta satışını bərpa etmişdi.
Qeyd edək ki, bu gün həmin bankda dolların alış məzənnəsi 1.6750 AZN, satışı isə 1.7000 AZN təşkil edir.
Gununsesi.info