Baqanes yolu atəşə tutuldu? - Müdafiə Nazirliyindən AÇIQLAMA

  • By admin
  • 15 Aprel 2018 21:06
Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Baqanes – Voskepar avtomobil yolunu atəşə tutması barədə erməni mətbuatının yaydığı məlumat növbəti uydurmadır.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan mətbuatının yaydığı xəbərlə bağlı Trend-in sorğusuna cavab olaraq bildirib: “Bu erməni tərəfinin növbəti təxribat xarakterli yalanıdır”.
Qeyd edək ki, erməni mətbuatı bu gün Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Baqanes-Voskepar avtomobil yolunu guya atəşə tutması barədə məlumat yayıb.
Gununsesi.info