Baş həkimdən Təbəssümün anasına meyitin verilməyəcəyini deyən şəxslə bağlı AÇIQLAMA

  • By admin
  • 30 İyun 2020 13:57

“Təbəssüm Məmmədovanın anasına 30 min manat müqabilində meyitin verilməməsini deyən şəxsin olub-olmadığı araşdırılacaq”.

Gununsesi.org-un xəbərinə görə, bu barədə “Bona Dea” Beynəlxalq Hospitalının baş həkimi Cabir Gülmalıyev 22 yaşlı pasiyent Təbəssüm Məmmədovanın meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı məsələ ətrafında keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, ilkin araşdırmalarda bu məqamla bağlı heç bir fakta rast gəlinməyib:

“Ancaq yenidən bu məqam araşdırılacaq. Həmin gün işdə olan personalla söhbət aparılacaq”.

Gununsesi.org