
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) Cənub Regional Şöbəsinin keçmiş əməliyyatçısı narkotik maddə ilə tutulub.
Gununsesi.info “Report”a istinadən məlumat verir ki, BNMİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyya-axtarış tədbirləri nəticəsində İdarəni Cənub Regional Şöbəsinin keçmiş əməliyyatçısı Nazim Xəlilov tutulub.
Onun üzərinə baxış keçirilən zaman səkkiz bükümdə narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.












