Baş nazir 4 yaşlı uşaqdan üzr istədi – VİDEO

  • By admin
  • 10 Dekabr 2019 12:42

İngiltərənin baş naziri Boris Conson sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilən 4 yaşlı uşağın saatlarla yerdə yatmasına görə ondan üzr istəyib.

Gununsesi.org xəbər verir ki, bu barədə “Mirror” qəzeti yazıb.

Nəşrin yazdığına əsasən, 4 yaşlı Cek Villiment sətəlcəm diaqnozu ilə Lidsdəki xəstəxanaya aparılıb. Ancaq xəstəxanada boş yataq olmadığı üçün uşaq 4 saat oksigen maskası ilə beton döşəmədə yatmalı olub.

Yayılan şəkillərdən məlum olur ki, uşağın anası Sara Villiment oğlunun altına və üstünə yorğan sərib. 5 saat ərzində döşəmə üzərində yatan uşaq daha sonra palataya yerləşdirilib.

Məsələnin ictimailəşməsindən sonra baş nazir Consondan olaya münasibət öyrənilib: “Bu dəhşətli bir fotoşəkildir və ailədən və Milli Səhiyyə Xidmətlərində (NHS) dəhşətli anlar keçirənlərdən üzr istəyirəm”.

 

 

Arzu

Gununsesi.org