Daha dörd Aİ ölkəsi Rusiya pasportlarına məhdudiyyətlər tətbiq edəcək

  • Müəllif: Orxan
  • 17 Avqust 2026 13:04

Avropa Komissiyasının açıqlamasına görə, Belçika, Lüksemburq, Niderland və İsveç 1 oktyabr 2026-cı il tarixindən etibarən beş illik etibarlılıq müddəti olan Rusiyanın qeyri-biometrik pasportlarını tanımağı dayandıracaq.

Gununsesi.info xəbər verir ki, eyni zamanda, İsveç, Rusiya vətəndaşlarının Şengen vizası və ya  və Şengen ölkələri üçün yaşayış icazəsi 1 oktyabr 2026-cı il tarixindən əvvəl alındığı təqdirdə, onlardan biometrik olmayan pasportları istisna olaraq 31 dekabr tarixinə qədər qəbul etməyə davam edəcək.

Bu arada, Belçika, Lüksemburq və Niderland keçid istisnaları təmin etməyəcək. Yeni məhdudiyyətlər qüvvəyə mindikdən sonra biometrik olmayan Rusiya pasportları artıq 15 Avropa ölkəsində tanınmayacaq. Əvvəllər bu cür pasportlar artıq  Finlandiya, İslandiyaDanimarkaEstoniyaLitva və Latviyada, eləcə də  PolşaÇexiya, Fransa, Almaniya və Rumıniyada qəbul edilmirdi.

Maqsud

Gununsesi.info