Baş nazir Azərbaycan xalqını təbrik etdi

  • By admin
  • 21 Mart 2018 17:43


Azərbaycan və gürcü xalqları tarixən dost və qardaş olublar. Sevincli və kədərli günlərdə hər zaman bir yerdə, bir-birlərinə arxa və dayaq olublar.

Gununsesi.info xəbər verir ki, bu fikirlər Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin Novruz Bayramı ilə əlaqədar bu ölkədə yaşayan azərbaycanlılara təbrik məktubunda yer alıb.

Təbrik məktubunu martın 21-də Marneulidə keçirilən Novruz şənliyində Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze oxuyub.

Məktubda deyilir ki, Novruz bahar bayramı və yeni ilin başlanğıcıdır: “Biz bir ölkənin uşaqlarıyıq. Bizim xalqlarımız, əcdadlarımız daim bir yerdə, çiyin-çiyinə çalışıblar. Sevincli və kədərli günlərdə bir-birlərinə arxa-dayaq olublar. Bu dostluğumuz, qardaşlığımız bu gün də davam edir”.

Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkənin ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndirən baş nazir Azərbaycan və Gürcüstan dövlətləri arasındakı dostluğu da yüksək qiymətləndirərək deyib: “Azərbaycan Gürcüstanın etibarlı dostu və strateji tərəfdaşıdır”.

Gununsesi.info