Baş nazirin müavini: “Prezident Putinlə görüşdə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələni qaldıracaq”

  • By admin
  • 20 İyun 2016 14:07

dilqem

 

Dilqəm Əsgərov və Şahbaz Quliyev Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusu tərəfindən girovluqdan azad ediləcəklər.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Başnazirin müavini vurğulayıb ki, D.Əsgərov və Ş.Quliyevin girovluqda qalması hər bir azərbaycanlını narahat edir: “Bu problemlə Azərbaycan Prezidenti İlham Əliyev bilavasitə özü məşğuldur və bütün görüşlərdə bu məsələni qaldırır”.

Ə.Həsənov onuda əlavə edib ki, Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşündə də dəfələrlə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələni qaldırıb: “Güman edirəm ki, Prezident İlham Əliyev bu gün də Rusiya Prezidenti ilə görüşdə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələni qaldıracaq”. (Trend)